"Diqlas"dakı yanğında zərər çəkən sahibkarlardan sənəd qəbulu başladı

  • 2019-04-04 16:42:51
  • |
  • Ölkə /

"Diqlas"dakı yanğında zərər çəkən sahibkarlardan sənəd qəbulu başladı

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini Agentliyə təqdim etmələri xahiş olunur.

Sahibkarlar vahid ərizə formasını bu linkdən və ya İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən əldə edə bilərlər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA