"Diqlas"dakı yanğından zərərçəkənlərə DAHA BİR GÜZƏŞT

  • 2019-04-03 14:11:44
  • |
  • Sosial /

"Diqlas"dakı yanğından zərərçəkənlərə DAHA BİR GÜZƏŞT

Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə yanğından zərər çəkmiş sahibkarların banklara olan borclarına güzəştlər tətbiq olunacaq.

Bu barədə Assosiasiyadan Hurriyyet.org-a daxil olan məlumatda deyilir.

Belə ki, "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA