"Elman müəllim uçot dərəcəsi ilə oynayanda ciddi heç nə baş vermir” - EKSPERT

"Elman müəllim uçot dərəcəsi ilə oynayanda ciddi heç nə baş vermir” - EKSPERT

"Mərkəzi Bankın uçot dərəcəsinin yuxarı-aşağı oynatmasının real iqtisadiyyata ciddi təsiri yoxdur, Çünki ölkədə zatən real iqtisadi institutlar formalaşmayıb”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, ölkədə uçot dərəcəsi 3% olanda da bank kreditləri 20-30% arası idi, sonra qaldırıb 15% etdilər, yenə bank kreditlərinin faizi ciddi dəyişmədi: "İndi uçot dərəcəsi 9%-ə salınıb, yenə bank kreditlərinin faizində ciddi dəyişiklik gözlənilmir.

Mərkəzi Bankın uçot dərəcəsinin formallıq olduğunu göstərən daha bir amil odur ki, uçot dərəcəsi 9% olan ölkədə rəsmi inflyasiya 2,1% ola bilməz. Ona görə də çox da ciddiyə almayın, Elman müəllim uçot dərəcəsi ilə oynayanda ciddi heç nə baş vermir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA