"Çelsi"yə növbəti zərbə FİFA-dan gəldi - Transfer qadağası

"Çelsi"yə növbəti zərbə FİFA-dan gəldi - Transfer qadağası

FİFA İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi" klubunu cəzalandırıb.

Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, London klubu 18 yaşdan aşağı futbolçuların transferlərində qanunsuzluğa yol verdiyi üçün transfer cəzasına məruz qalıb. Ali futbol qurumu "Çelsi"yə növbəti iki transfer dönəmində futbolçu transfer etməmək qadağası qoyub.

Bundan əlavə, "mavilər" 970 min avro cərimə də edilib.

Qeyd edək ki, hazırda çətin günlərini yaşayan "Çelsi" İngiltərə Premyer Liqasında 50 xalla 6-cı pillədə qərarlaşıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA