"Ermənilər abidələrimizi tarix boyu dörd istiqamətdə dağıdıblar" - Komitə sədrinin müavini

  • 2019-03-28 12:07:20
  • |
  • Aktual /

"Ermənilər abidələrimizi tarix boyu dörd istiqamətdə dağıdıblar" - Komitə sədrinin müavini

"Milli-mənəvi abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir. Ermənilər bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqlarını "sübut etmək" iddiasındadırlar".

Hurriyyet.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin I müavini Səyyad Salahlı deyib.

O bildirib ki, ermənilər özlərinin "Böyük Ermənistan" arzusunu gerçəkləşdirmək üçün bu abidələri dağıdıb məhv edirlər: "Ermənilər bu abidələri tarix boyu dörd istiqamətdə dağıdıblar. Əvvəlcə tamamilə uçururlar, ikincisi bu abidələri özgələşdirib dəyişdirirlər, üçüncüsü, bu abidələri tamamilə yer üzündən silirlər, dördüncüsü, erməniləşdirib qriqoyanlaşdırırlar. Bununla da bu ərazilərdə azərbaycanlıların çox gec məslunlaşdıqlarını və o abidələrini isə özlərinə məxsus olduqlarını bəyan edirlər".

Komitə rəsmisi qeyd edib ki, qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı da məbədlərdir: "Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib, uçurulub və Azərbaycan xalqının milli mənəvi yaddaşına güclü zərbə vurulub.

Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdikləri yerdə azərbaycanlılar milli-mənəvi abidələrini mən edirlər".

S.Salahlı əlavə edib ki, ermənilərin bu siyasəti dünya xalqları tərəfindən qəbul edilmir və erməni işğalçılarının bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı nə böyük təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində heç kim münasibət bildirmir: "Bir çox hallarda bu prosesləri görməməzliyə vururlar, ən yaxşı halda isə sükutla üstündən keçirlər. Təbii ki, biz bu işğalçı siyasətlə barışa bilmərik və öz münasibətimizi ən müxtəlif istiqamətlərdə bildiririk"./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA