"Evimi sökdülər, verdikləri pulla heç nə ala bilmirəm" - İlqar Xəyal

"Evimi sökdülər, verdikləri pulla heç nə ala bilmirəm" - İlqar Xəyal

Müğənni-bəstəkar Murad Arifin "Popumuz var" adlı "Youtube" layihəsinin qonağı İlqar Xəyal olub.

Hurriyyet.org-un axşam.az-a istinadən məlumatına görə, sənətçi "Sovetski" deyilən məhəllədə olan evinin sökülməsindən bəhs edib:

"Nostalji hislər mənə içəridən əzab verir. Sovet adamıyam, amma obyektivəm. "Sovetski" küçəsində yaşadığım evi sökdülər, darmadağın etdilər. Kvadratına 1500 manat verdilər. Dədə-baba yurdumdan aldığım pula hələ də heç nə ala bilmirəm. Öz qazandığım pulla ev-eşik etdim. Amma sökülən evin pulu bankda yatır.

O evi öz əllərimlə tikmişdim. Hər daşına bələd olduğum evi sökəndə kənardan dayanıb baxırdım, gözüm doldu. Ancaq onu da deyim ki, vaxtı çatmışdı. Yeniləri tikilməlidir".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA