"Finalın Bakıda keçirilməsi gülməlidir" - “Liverpul”un baş məşqçisi

  • 2019-05-11 11:25:20
  • |
  • İdman /

"Finalın Bakıda keçirilməsi gülməlidir" - “Liverpul”un baş məşqçisi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda keçirilməsinə münasibət bildirib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Klopp bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın”.

Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: “Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 sterlinq ödəməlisiniz. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm”.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA