"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli olub

"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli olub

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, bu, Cardi B ləqəbli Belkalis Almanzardır.

ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.

Qeyd edək ki, "Formula 1" zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.\\Report.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA