"Əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa..." - LAVROV

  • 2019-02-22 13:34:44
  • |
  • Region /

"Əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa..." - LAVROV

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşün detalları bəlli olub.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Livenews.am” saytı yayıb. Görüş zamanı Lavrov Mnatsakanyana Ermənistanda siyasi məhbusların olduğunu deyib. O, Köçəryanı siyasi məhbus saydıqlarını da söyləyib.

Rusiya XİN rəhbəri bildirib ki, əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa, məsələ ilə bağlı xüsusi bəyanat yayacaqlar.

Saytın mənbəsi həmçinin Baş nazir Nikol Paşinyanın Lavrovun bu addımına cavab hazırladığını və 1 martda böyük “şou” təşkil edəcəyini deyib. Belə ki, martın 1-də təşkil edəcəyi yürüş zamanı Paşinyanın Rusiyaya Köçəryanın həbsinin şəxsi qisas yox, xalqın istəyi olduğunu göstərməyə çalışacağı açıqlanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA