"Gömrük generalının arvadı mənə dedi ki, kimə arxalanırsansa, hamını öldürmək, güllələmək lazımdır?"

"Gömrük generalının arvadı mənə dedi ki, kimə arxalanırsansa, hamını öldürmək, güllələmək lazımdır?"

Bakı şəhər sakini Gülnarə Səfərova "K.aan” modalar evinin rəhbəri Könül Abduyevadan şikayətçidir. O, bununla bağlı "Qafqazinfo”ya müraciət edib.

G. Səfərova qeyd edib ki, 2016- cı ildə K. Abduyevanın dəvəti ilə sözügedən moda evinə paltarbiçən kimi dəvət olunub:

"Orada dizayner yoldaşımla bərabər 2017- ci ilin avqust ayına qədər işlədik. Avqust ayında mübahisə yarandı və biz işdən çıxmalı olduq. İşlə bağlı məsələ deyildi, təhqir olunmuş vəziyyətdə qalmamaq üçün işdən çıxdıq.

Könül Abduyeva bizə maaş verməyəcəyini söylədi. Bizi general həyat yoldaşı ilə hədələyib başımıza iş açacağını söylədi. Dedi ki, kimə istəyirsinizsə şikayət edin. İndi kimə arxalanırsansa, hamını öldürmək, güllələmək lazımdır?

Belə olan halda biçdiyim parçanın lekallarını söküb zibil vedrəsinə atdım. Çünki o mənim ideyam idi və bezin metrəsinin 2 manat qiyməti var.

Bir müddət sonra o, məni polisə şikayət edib həmin lekallara görə 35 min manat pul tələb etdi. İndi məsələ Səbail rayon Polis İdarəsində istintaqdadır. Məni də bir neçə dəfə polis bölməsinə çağırıblar. İzahat vermişəm, demişəm ki, parça ilə bağlı ekspertiza aparın, yaxud işi məhkəməyə verin”.

G. Səfərova qeyd edib ki, həmin müddət ərzində rəsmi əmək müqaviləsi əsasında işə götürülməyib: "Belə hal təkcə mənim yox, digər işçilərin də başına gəlib. Bizi qeyri-qanuni işlədib maaşımızı vermədiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etdik. Orada işlədiyim müddət ərzində modalar evindən bircə dəfə satış həyata keçirilməyib. Amma bütün işçilər yüksək maaş alırdı. Orada 15-ə yaxın işçi çalışırdı. Mən özüm 2000, yoldaşım isə 3000 manat maaş alırdı. Hazırda bizim 5000 manat pulumuzu ödəməlidirlər. Moda evi isə rəsmi olaraq onun evində qulluqçu işləyən İlhamə Bağırovanın adınadır. Polisə şikayət də İlhamə Bağırovanın adından edilib”. Qeyd edək ki, K. Abduyeva bu günlərdə "dərman mafiyası”na görə işdən qovulan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyevun həyat yoldaşıdır.

Loading...

QALEREYA