"Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir" - Rusiya XİN

  • 2019-07-18 10:32:28
  • |
  • Region /

"Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir" - Rusiya XİN

Rusiyada Gürcüstan vətəndaşlarına viza rejiminin ləğvi məsələsi hələ də qüvvədədir.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin səsləndirib.

O bildirib ki, Tbilisidə baş vermiş son hadisələr və iki ölkə arasında müşahidə edilən soyuq münasibət rəsmi Moskvanı fikrindən döndərməyib. Karasin əlavə edib ki, vizanın ləğvi üçün gürcü tərəfinin görüş təklifi şərtdir.

XİN rəsmisinin sözlərinə görə, Moskva əlaqələrin yoluna düşməsi üçün əlindən gələni edir və rəsmi Tbilisini də eyni addımları atmağa səsləyir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA