"Gürcüstan Avropa İttifaqına daxil olacaq ilk ölkələrdən biridir" - Teodor Meleşkanu

  • 2019-05-13 18:44:04
  • |
  • Dünya /

"Gürcüstan Avropa İttifaqına daxil olacaq ilk ölkələrdən biridir" - Teodor Meleşkanu

Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün bütün tələbləri yerinə yetirib.

Hurriyyet.org Azərtac xəbər verir ki, bu sözləri Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu bildirib. Nazir qeyd edib ki, Gürcüstan bu istiqamətdə bir çox islahatları uğurla başa vurub və ölkə İttifaqa daxil olacaq ilk ölkələrdən biridir.

Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Ermənistan xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı ilə “Şərq tərəfdaşlığı”nın 10 illik yubileyi keçirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA