"Gürcüstan Sovet silahlarını tamamilə NATO silahları ilə əvəzləyəcək" - NAZİR

  • 2019-05-22 10:33:02
  • |
  • Region /

"Gürcüstan Sovet silahlarını tamamilə NATO silahları ilə əvəzləyəcək" - NAZİR

“Gürcüstan Sovet silahlarını tamamilə NATO silahları ilə əvəz etməyi planlaşdırır”.

Hurriyyet.org ona-ya istinadla xəbər verir ki, bunu ölkənin Müdafiə naziri Levan İzoria Gürcüstanın Vaşinqtondakı səfirliyində müstəqillik gününə həsr edilmiş tədbirdə bildirib.

O, qeyd edib ki, rəsmi Tiflisin strategiyası hava müdafiə, artilleriya, mobilidarəetmə və kəşfiyyat xarakterli sistemlərin satın alınmasını nəzərdə tutur.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan ABŞ-dan “Javelin” markalı 410 ədəd tank əleyhinə raket kompleksi, 74 müxtəlif hərbi təyinatlı qurğular alıb. Hərbi sahədə baş tutmuş ticari müqavilənin dəyərinin 75 milyon dollara çatdığı bildirilir.

Bir il əvvəl Tiflis Kalaşnikov pulemyotlarını ABŞ-ın “M-240” tipli silahları ilə əvəzləmişdi. 2017-ci il dekabr ayından isə Gürcüstan Fransadan yaxınmənzilli zenit-raket sistemləri, radiolokasiya stansiyası və mobilidarəetmə mərkəzləri alıb.

Qeyd edək ki, L.İzoria işgüzar səfər çərçivəsində ABŞ dövlət rəsmiləri, eləcə də yüksək çinli hərbçilərlə sözügedən mövzuda danışıqlar aparıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA