"Hakimlər pensiyaya çıxanda məhkəməyə müraciət edir" - Ənvər Seyidov

  • 2019-09-11 11:21:07
  • |
  • Aktual /

"Hakimlər pensiyaya çıxanda məhkəməyə müraciət edir" - Ənvər Seyidov

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov pensiyasının artırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verən keçmiş hakim pensiyasının düzgün hesablanmasını istəyir.

Hurriyyet.org bildirir ki, unikal.org-a açıqlama verən Ə.Seyidov məsələyə aydınlıq gətirib:

"Dövlət Sosial Müdafiə Fondu 2 hal var ki, ona qiymət verə bilmir. Birincisi pensiyaların düzgün hesablanması, digəri isə iki aylıq məzuniyyətlərdir. Ən böyük narazılıq da bununla bağlıdır. Bütün hakimlər pensiyaya çıxanda bu hallara görə məhkəməyə müraciət edir. Məhkəmə yolu ilə bu iki halı xeyirlərinə həll elətdirirlər. Hakimlərin hamısı bu məsələdə qalib gəlir. Çünki pensiyaları DSMF doğru hesablamır. Biz bilirik ki, kimə birinci dərəcə və digər dərəcələr düşür. Mənim təqaüdüm 3000 manatdan yuxarı olmalıdır."

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA