"HÜCUMLARI İSRAİL EDİB" - İraqdan açıqlama

"HÜCUMLARI İSRAİL EDİB" - İraqdan açıqlama

Hurriyyet.org xəbər verir ki, İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü olan millət vəkili Əbdülxaliq əl Əzzabi Haşdi Şabiyə məxsus texnika və silah anbarına edilən hava hücumlarının məsuliyyətini İsrailin daşıdığını bildirib. İraqda yerli radioya müsahibə verən Əzzavi Haşdi Şabiyə məxsus cəbbəxanada baş verən partlayışların səbəbini araşdırmaq tapşırığı verilmiş komissiyaların işlərini tamamladığını bildirib.

Partlayışların hava hücumu nəticəsində meydana gəldiyini bildirən Əzzavi aparılan araşdırmada Pilotsuz Uçuş Aparatlarının 12 hava hücumu həyata keçirdiyinin aşkar edildiyini vurğulayaraq deyib: “İraqın hava məkanının qorunması və nəzarətindən məsul olan ABŞ İraqa hücumların İsrailə məxsus silahlı dronlar tərəfindən həyata keçirilib”. Əzzavi hücumların bəzilərinin açıqlandığını, digər bir qisminin isə gizlədiyini qeyd edib.

Məsələ ilə bağlı İraq, ABŞ və İsrail hakimiyyətləri hələlik bir açıqlama verməyib.

Haşdi Şabiyə qarşı hücumlar

Haşdi Şabinin cəbbəxanasının yerləşdiyi Şuheda, Əşrəf, Sakr, Beled və Kaimdəki bazalarına 19 iyul-25 avqust tarixlərində hava hücumları keçirilmişdi.

İraq prezidenti Berhem Salih bu çıxışdan əvvəl verdiyi açıqlamada hava hücumu ilə bağlı istintaqın davam etdiyini bildirmişdi.

“İsrail dronları Azərbaycanın üzərindən keçərək...”

İraqda fəaliyyət göstərən Haşdi Şabi heyətinin başçısının müavini Əbu Mehdi Mühəndis 21 avqust tarixində verdiyi açıqlamada bazalara hücumların məsuliyyətinin ABŞ-ın üzərinə düşdüyünü, İsrailə məxsus 4 ədəd dronun Azərbaycanın üzərindən keçərək bu il ABŞ-ın İraqdakı donanmasına daxil edildiyini və hərbi bazalar üzərində uçduğunu iddia eləmişdi.

Haşdi Şabi heyətinin başçısı və İraqın milli təhlükəsizlik üzrə müşaviri Falih Fəyyad eyni gündə məsələ ilə bağlı verdiyi yazılı açıqlamada istintaq nəticəsində hücumun xaricdən planlaşdırıldığının aşkar edildiyini, Mühəndisin açıqlamalarının isə Haşdi Şabinin rəsmi mövqeyini əks etdirmədiyini bildirmişdi.

İraqın milli təhlükəsizlik müşaviri Fəyyad ABŞ ilə İsraili açıq şəkildə ittiham eləməkdən çəkinmişdi.

Londonda dərc edilən, Səudiyyə Ərəbistanının dəstəklədiyi “Şarkuləsvad” qəzeti isə Qərbin dilomatik mənbələrinə istinad elədiyi xəbərdə Tel-Əviv hakimiyyətinin ABŞ və Rusiyadan razılıq alaraq İraqda İrana məxsus silah və raket anbarlarına hücumlar keçirdiyini yazmışdı.

İsrail üstüörtülü şəkildə etiraf eləmişdi

İsrailin baş naziri Binyamin Netanyahu avqustun 20-də, Ukraynanın paytaxtı Kiyev şəhərində verdiyi açıqlamada İrana məxsus hərbi hədəflərin ötən ay İsrail tərəfindən vurulduğuna işarə vurmuşdu.

Hurriyyet.org