"Heç kimin pulu ilə narkoman olmayıb" - Cavanşir Məmmədovdan Xalq artistinə cavab

"Heç kimin pulu ilə narkoman olmayıb" - Cavanşir Məmmədovdan Xalq artistinə cavab

Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Afdandil İsrafilovun mərhum klarnet ifaçısı Zahid Sabirabadlı haqda dediyi sözlərə münasibət bildirib.

Müğənni qarmon ifaçısının "Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm" sözlərinə əsəbiləşdiyini bildirib. C.Məmmədov "Hər şey daxil" verilişində deyib ki, Zahid narkotikdən dünyasını dəyişməyib:

"Zahid böyük sənətkar olub. Onun kimi sənətkar olmaq üçün 20-30 il onu öyrənməlisən. Aftandil müəllim ağsaqqaldır, gərək elə söz deməzdi.

Heç kimin pulu ilə narkoman olumayıb. Heç kimin pulu ilə narkotik almayıb. Özü də narkotikdən ölməyib. Ürəyində problem var imiş. Bir həftə xətəxanada yatıb. Sonra gedib xaş yeyib, uşaqlara deyib ki, 1 saat yatım. Yatıb durmayıb. Belə ləkələmək olmaz". \\Axşam.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA