"Həmsədrlərin iştirakı ilə keçirilən görüşlər imitasiya xarakteri daşıyır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Həmsədrlərin iştirakı ilə keçirilən görüşlər imitasiya xarakteri daşıyır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Xarici işlər nazirlərinin Vaşinqton görüşündə müsbət nəticənin əldə olunması gözlənilmir"

"Əgər həmsədrlər bu görüşə qatılmasaydı, ABŞ tərəflərlə ciddi müzakirə apara bilərdi"

"Vaşinqtonda iyunun 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüş erməni tərəfinin intensiv təxribatının davam etməsi və ötən il şifahi razılaşdırılmış Düşənbə anlaşmasının qüvvədən düşməsi fonunda keçiriləcək". Hurriyyet.org xəbər verir ki, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloq hesab edir ki, xarici işlər nazirlərinin bu görüşündə həmsədrlərin də iştirakını ortada yeni detalın müzakirə olunmayacağı kimi qiymətləndirmək olar: "Çünki həmsədrlərin iştirakı ilə keçirilən görüşlər imitasiya xarakteri daşıyır, xüsusi ilə humanitar aksiyaların əldə olunması masaya yatırılır. Paris və Moskvada keçirilən danışıqlar məhz bu qəbildən olduğu üçün bu görüşdə də müsbət nəticənin əldə olunması gözlənilmir. Qeyd edim ki, Ermənistan Düşənbə, Vyana, Paris və Moskva görüşlərindən sonra etimad mühitinə zərbə vurdu, prosesləri cəbhədə təxribat etməklə sıfırladı. Bu da işğalçı ölkənin hər hansı bir razılığa gəlmək planın olmamasından irəli gəlir. İrəvan Vaşinqton görüşündən sonra yenidən cəbhədə təxribat edəcək. Təbii ki, bu təlimat Kremldən veriləcək. Çünki ABŞ bu görüşdə öz həll formulunu masaya gətirəcək. Bu, Bolton planı kimi xarakterizə edilir. Moskva "Kazan planına"-Lavrov planına malik olduğu üçün Vaşinqtonun həll təklifinə müsbət baxmır".

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Vaşinqton görüşündə sadəcə, danışıqların davam etdirilməsi və əsirlərin dəyişdirilməsi əsas mövzu olacaq: "Əgər həmsədrlər bu görüşə qatılmasaydı, ABŞ tərəflərlə ciddi müzakirə apara bilərdi. Hətta Əliyev-Paşinyan görüşü növbəti aylarda da təşkil edilə bilərdi.
Rusiyanın Vaşinqton görüşündə olması tam detallı ilə bu danışıqlarında manipulyasiyasına gətirib çıxarır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org