"Hər mənzil sahibi 100 manat ödəsə..." - Deputatdan TƏKLİF

  • 2018-10-30 14:02:46
  • |
  • Sosial /

"Hər mənzil sahibi 100 manat ödəsə..." - Deputatdan TƏKLİF

“Bələdiyyələrə pul qazandırmaq üçün kifayət qədər imkan var. Lakin göz görə-görə biz bu imkandan imtina edirik”.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, çoxmənzilli binalarda yaşayanlar əmlak vergisini ödəsələr bələdiyyələr kifayət qədər gəlir əldə edər:

"Yeni çoxmənzilli binalarda yaşayanlar əmlak vergisi ödənmir. Çünki bina təhvil alınmış hesab edilmir. Vətəndaş mənzildə yaşayırsa, bu onun mülkiyyəti hesab edilirsə, ona mülkiyyət sənədi verilməlidir. Bələdiyyənin imkanını genişləndirmək, pul qazanmasını istəyiriksə, bütün binalarda yaşayanlara mülkiyyət sənədləri verilməlidir. Hər mənzil sahibi 100 manat ödəsə, təsəvvür edin bələdiyyələr nə qədər qazana bilər. Bu insanlar həmin evlərdə yaşayır, onları küçəyə tökməyəcəyik ki?”

Loading...

QALEREYA