"HƏRBİ GÜC TƏTBİQ EDƏCƏYİK" - Dünyanı qorxudacaq xəbər

"HƏRBİ GÜC TƏTBİQ EDƏCƏYİK" - Dünyanı qorxudacaq xəbər

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bu ayın əvvəllərində senator Lindsi Qrahamla söhbəti zamanı Venesuelada hərbi qüvvədən istifadə eləmək ideyasını irəli sürdüyü bəlli olub.

Amerikalı senator L.Qraham “Venesuelaya qarşı hərbi müdaxilə məsələsi” ilə bağlı sualın cavabında ABŞ prezidentinin ona belə dediyini söyləyib: “Bu məsələdə aramla davranmalıyıq, bu variant problem yarada bilər”.

“Sən hər yeri işğal eləmək istəyərsən”

Trampın “Təəccübləndim, sən hər kəsi işğal eləmək istəyərsən” dediyini, Qraham ABŞ prezidentinin bu reaksiyasına cavab olaraq özünün “Mən heç kəsi işğal eləmək istəmirəm. Hərbi qüvvədən sadəcə milli mənafeyimiz təhdid edildiyi zaman istifadə eləmək istəyirəm” deyə cavab verdiyini bildirib.

Venesuelada Maduro hökumətinə qarşı özünü “müvəqqəti prezident” elan eləmiş müxalifət lideri Xuan Quaydonu dəstəkləyən Tramp hökuməti diplomatik və iqtisadi təzyiqlərlə ölkənin rejimini dəyişdirməyə çalışır. Maduro da baş verən son hadisələrdən sonra Venesuelanın ABŞ ilə dilomatik əlaqələrini kəsdiyini bildirərək Venesueladakı ABŞ dilomatlarına ölkəni tərk eləmələri üçün 72 saat möhlət vermişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA