MAŞTAĞADA GİROV GÖTÜRÜLƏN ƏMƏKDAŞIMIZ AZAD OLUNDU - DİN-in müdaxiləsindən sonra / YENİLƏNİB

MAŞTAĞADA GİROV GÖTÜRÜLƏN ƏMƏKDAŞIMIZ AZAD OLUNDU - DİN-in müdaxiləsindən sonra / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Hurriyyet.org saytı və Hurriyyet.TV-nin əməkdaşı Vüsalə Nəciyeva səhər saatlarında Sabunçu Rayon Qaz İdarəsinin əməkdaşları tərəfindən Maştağada saxlanılıb.

Qeyd edək ki, əməkdaşımız sakinlərin müraciəti əsasında Sabunçu Rayon Qaz İdarəsinin qarşısında reportaj hazırlayan zaman polislərin müdaxiləsi ilə üzləşib.

Belə ki, qanunsuz əməllərinin ört-basdır edilməsinə çalışan Sabunçu Rayon Qaz İdarəsinin rəhbərliyi polisə müraciət edərək jurnalistin peşə fəaliyyətinin qarşısını almağa nail olub.

Qeyd edək ki, bir neçə saata Sabunçu Rayon Qaz İdarəsində girov saxlanılan əməkdaşımız DİN-in müdaxiləsindən sonra azad olunub. 

Xatırladaq ki, Sabunçu Rayon Qaz İdarəsinin rəhbərliyi Vüsalə Nəciyevanın guya qanunsuz çəkiliş apardığını iddia edərkə, polisə müraciət edib. Daha sonra isə jurnalistin idarədən çıxmasına imkan verməyərək, onu girov saxlayıblar... 

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA