"İŞİD-in keçmiş döyüşçülərinin uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir" - BMT Ali Komissarı

  • 2019-06-24 13:17:59
  • |
  • Dünya /

"İŞİD-in keçmiş döyüşçülərinin uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir" - BMT Ali Komissarı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Suriyada və İraqda saxlanan 55000-ə yaxın xarici vətəndaş olan keçmiş İŞİD döyüşçüləri və onların ailələrinin ədalətli mühakimə olunması və ya azad olunmasının vacib olduğunu bildirib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Mişel Başelet BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən üçhəftəlik sessiyasının açılışında deyib.

Mişel Başelet vurğulayıb ki, ölkələr İŞİD-ə qoşulmuş vətəndaşlarının məsuliyyətini qəbul etməlidir: "Bu döyüşçülərin onsuz çox əziyyət çəkmiş uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA