"Şikayət etmək həmişə “Real”ın taktikası olub" - Pike rəqib klubu ələ saldı

  • 2019-02-20 18:58:10
  • |
  • İdman /

"Şikayət etmək həmişə “Real”ın taktikası olub" - Pike rəqib klubu ələ saldı

"Barselona"nın futbolçusu Jerar Pike əzəli rəqibləri "Real" haqda maraqlı açıqlama verib.

Hurriyyet.org qol.az-a istinadən xəbər verir ki, müdafiəçi İspaniya mətbuatına açıqlamasında Madrid klubunun daima hakimlərdən şikayətçi olduğunu deyib:

"Real" illərdir mütəmadi olaraq hakimlərdən şikayətçidir. Həm futbolda, həm də basketbolda narazılıq edirlər. Şükürlər olsun ki, başqa komandaları yoxdur. Yoxsa həndbol və hokkeydə də hakimlərdən şikayət edərdilər. Şikayət etmək həmişə "Real"ın taktikası olub. Biz buna alışmalıyıq".

Qeyd edək ki, basketbol üzrə İspaniya kubokunun finalında "Real" və "Barselona" komandaları qarşılaşıb. Əlavə vaxtda uduzan madrid təmsilçisi görüşdən sonra rəsmi saytı vasitəsilə hakimlərin onların əleyhinə olan səhv qərarlar verdiyini bəyan edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA