"İlham Əliyev islahat istəyir, lakin mühafizəkarlar ona mane olurlar" - İlqar Məmmədovun partiyası Brüsseldə bəyan etdi

"İlham Əliyev islahat istəyir, lakin mühafizəkarlar ona mane olurlar" - İlqar Məmmədovun partiyası Brüsseldə bəyan etdi

ReAL hərəkatının nümayəndələri Brüsseldə Avropa diplomatları ilə görüşdə Azərbaycan hökumətinin islahatlarını dəstəkləyiblər.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycanın İKT-dəki keçmiş səfiri, müxalifətçi Arif Məmmədov özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

A.Məmmədov qeyd edib ki, bu barədə ona Avropa İttifaqında işləyən dostu danışıb.

Beləliklə, Arif Məmmədovun sözlərinə görə, Avropa diplomatları ilə görüşdə ReAL nümayəndələri deyiblər ki, Azərbaycan Prezidenti İlham Əliyev islahatlar aparmaq istəyir, lakin mühafizəkarlar ona mane olurlar.

Ancaq buna baxmayaraq, dövlət başçısı islahatların anonsunu verib və "böyük siyasi məhbus" qrupunun azad edilməsi bunun başlanğıcı hesab oluna bilər.

ReAL nümayəndələri diplomatlara onu da deyiblər ki, Azərbaycanda mitinq keçirmək cəhdləri ölkədə aparılan islahatları ləngitməyə və mühafizəkarların xeyrinə əlavə arqumentlər verməyə yönəlib. Eyni zamanda, bəzi müxalif qüvvələrin taktikası Azərbaycanı Suriya ssenarisinə gətirə bilər.

ReAL təmsilçiləri həmçinin bildiriblər ki, bu proseslərədə özünəməxsus xətt tutublar, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yolunu yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürüblər.

Arif Məmmədovun, özünü müxalif qüvvə adlandıran ReAL-ın Azərbaycan hökumətinin islahatlarını Avropada təbliğ etdiyinə dair məlumatları böyük qalmaqala səbəb olub. Digər müxaliflər ReAL-ı xəyanətdə və hakimiyyətlə sövdələşmədə ittiham etməyə başlayıblar.

Arif Məmmədov Avropa diplomatları ilə görüşmüş ReAL nümayəndələrinin adlarını açıqlamayıb. Lakin virtualaz.org-un məlumatına görə, bu yaxınlarda Brüsselə ReAL İdarə Heyətinin üzvləri Natiq Cəfərli və Erkin Qədirli gediblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA