"İNQİLAB KEŞİKÇİLƏRİ ARTIQ 600 AMERİKALI ƏSGƏRİ ÖLDÜRÜB" - ABŞ dövlət katibi Pompeo

  • 2019-04-11 10:30:21
  • |
  • Aktual /

"İNQİLAB KEŞİKÇİLƏRİ ARTIQ 600 AMERİKALI ƏSGƏRİ ÖLDÜRÜB" - ABŞ dövlət katibi Pompeo

Viktor Qarsia

Foxnews”, 09.04.2019

Dövlət katibi Mike Pompeo Bazar ertəsi günü “Fox News”-a bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu (İİKK) terror təşkilatıdır və onun zəifləmədiyi halda, Yaxın Şərqdə sülh və sabitlik mümkün deyil.

Aprelin 9-da Birləşmiş Ştatlar İİKK-ni xarici terror təşkilatı olaraq təyin edib. Beləliklə, ilk dəfə ABŞ başqa bir dövlətin qurumunu terror təşkilatı olaraq səciyyləndirib və yalnız İranın ali liderinə tabe olan, böyük iqtisadi qaynaqlara malik həmin qurum “əl-Qaidə” və İŞİD-lə eyni siyahıya yerləşdirilib.

“İİKK terror təşkilatıdır, indi onu “qara siyahıya” saldıq, – Mayk Pompeo deyib. – Hər bir Amerika əsgərini dünyanın dörd bir yanında qorumaq üçün əlimizdən gələn hər şeyi edirik”.

“Faktiki olaraq, İİKK artıq 600-dən çox amerikalı əsgəri öldürüb, buna görə də, sülhə qovuşa bilməyəcəksiniz, sabitliyə sahib ola bilməyəcəksiniz, Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusunu zəiflətmədən təhlükəsizliyiniz olmayacaq”.

ABŞ-ın bəyanatı qarşılıqlı cavaba səbəb ola, qoşunlar və diplomatların bölgədə işləməsi çətinləşə bilər, amma Pompeo əks fikirdədir.

Mayk Pompeo bildirib ki, artan təzyiq amerikalıların həyatını xilas edəcək və daha çox sabitlik, daha çox sülh, Yaxın Şərqdə daha çox təhlükəsizlik yarada biləcək.

Dövlət katibi İİKK-nin “Qüds” Qüvvələrinin rəhbəri Qasim Süleymanini “terrorçu” adlandıraraq, onun və İİKK-nin, digər terror təşkilatları kimi, hədəfə alınacağını söyləyərək, sözlərini yumşaltmayb.

Pompeo bildirib: “Qasim Süleymaninin əlləri amerikalıların qanına batıb. Onun rəhbərlik etdiyi qüvvələrin də. Amerikalıların həyatına son qoyan bir fərd və ya qurum tapdığımız zaman, qətiyyətli oluruq, bunu daşıdığımız məsuliyyət tələb edir. Bu, həqiqətən, prezident Trampın vəzifəsidir”.

“Biz bu administrasiyanın ilk iki ilində istənilən amerikalının Qasim Soleimani və onun quldur qardaşları tərəfindən öldürülməsi riskini azaltmaq üçün böyük irəliləyiş əldə etdik”.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA