""İnstitutun sirlərini yayanlar"ı "pəncərədən tullamaqla ..."" - İDRİS ABBASOV

""İnstitutun sirlərini yayanlar"ı "pəncərədən tullamaqla ..."" - İDRİS ABBASOV

Bütün TV efirlərini, hökumətyönlü mətbuatı zəbt edib özünü təbliğ edən ziyanlı alim dəstəsi əslində ictimaiyyətə yeganə çıxış vasitəmiz olan sosial şəbəkədə fikir bildirməyi də yasaq etmək istəyir və institut elmi şurasında açıq təhdidə keçirlər. Akademik harınlığın kulminasiya nöqtəsidir bu. Sanırlar ki, sahibləndikləri vəzifə, səlahiyyət və əldə etdikləri çirkli pullarla hər şeyə qadirdirlər. Artıq elmilikdən çıxmış institiut "elmi şurası" qeybət, çaxnaşma və mənəvi-psixoloji təzyiq məkanına çevrilib. İsa Həbibbəylinin adı olduğu kitabın müqəddəs olduğunu bilməli, kor-koranə köçürmədən ərsəyə gəldiyini deməməli imişəm.
Siz məsələni hər vəchlə elmi müstəvidən şəxsi müstəviyə daşıyır və siyasi şantajlara əl atırsınız. Bu təfəkkürlə hansı inkişafa nail olmaq olar?!
Ortaya atdığınız Orfoqrafiya bəhanəsi ilə 1,6 ildir mənə qarşı etdiyiniz əsassız mənəvi-psixoloji təzyiqlərə, təhdidlərə son qoyun, akademik İsa Həbibbəyli! Məhz sizin xəbəriniz olduğu halda M.Nağısoylu bu hərəkətlərə yol verir. 4-cü mərtəbəyə sizin yanınıza düşüb-qayıtdıqdan sonra neqativ fəaliyyətində cəngavərə dönür, əlbir iş gördüyü adamları fəallaşdırır, onlar da öz növbəsində "institutun sirlərini yayanlar"ı "pəncərədən tullamaqla" hədələyirlər və s. Bəs elm harada qaldı? Aldadıcı hesabat və təqdimatlardamı? Bu potensialla hansı düşmənə tutarlı cavab vermək olar?

 

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA