"İqtidar mütləq şəkildə Seçki Məcəlləsində dəyişikliklər etməli və demokratik təsisatları inkişaf etdirməlidir" - Məhəmməd ƏSƏDULLAZADƏ

"İqtidar mütləq şəkildə Seçki Məcəlləsində dəyişikliklər etməli və demokratik təsisatları inkişaf etdirməlidir" - Məhəmməd ƏSƏDULLAZADƏ

"Xaricdə formalaşmış söyüş müxalifətinin fəaliyyəti dövlətçiliyimizə və cəmiyyətimizə böyük zərbədir"

"İqtidarla müxalifət dialoqu imitasiya olmamalı və real dəyişikliklərə gətirməlidir. Ümumiyyətlə, belə bir dəyərmi masaların təşkilinə daima ehtiyac var". Hurriyyet.org-un məlumatına görə, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, belə bir görüşlərdə, dilaloqlarda fərq qoyulmamalı, qeydiyyatlı və qeydiyyatsız partiya məsələsində ayrıseçkilik edilməməlidir: "Keçirilən bu dəyərmi masa sadəcə, xaricdən olan söyüş mühacirlərinə qarşı təşkil edilmişdi. Xaricdə formalaşmış söyüş müxalifətinin fəaliyyəti dövlətçiliyimizə və cəmiyyətimizə böyük zərbədir. Belə bir formatlarla bir olmalı, onlara qarşı cəmiyyət yekdilliyini qoruyub saxlamalıdır. Hətta artıq söyüş müxalifətinin içində separatizmi və dözümsüzlüyü təbliğ edənlərdə var. İqtidar mütləq şəkildə müxalifətlə geniş formatda dialoqlara getməli, Seçki Məcəlləsində dəyişikliklər etməli və demokratik təsisatları inkişaf etdirməlidir. Yoxsa, hazırkı durumda belə bir dialoqların müsbət nəticəsi olmayacaq".

Gələn il parlament seçkilərinin keçiriləcəyini xatırladan politoloq hesab edir ki, Avropa İttifaqı ilə çərçivə sazişi tezləşdirilməli, proporsional seçki sistemi tətbiq edilməli və islahatlara başlanılmalıdır: "Belə bir islahatlar keçirməklə xaricdən ölkəmizə qarşı çirkli oyunlara son vermək olar. Regionumuzda sürətlə dəyişikliklər gedir. Azərbaycan regionun açar dövlətidir. İslahatların aparılması, vətəndaş cəmiyyətinin inkişafına nail olmaq lazımdır. Ermənistanın xüsusi xidmət orqanları xaricdə şəbəkələri ölkəmizdə və xaricdə olan bəzi fəal gənclərimizi müəyyən təşkilatlar vasitəsi ilə öz orbitinə çəkə bilir. Bununla da demokratiya və siyasi azadlıqlar adı altında dövlətçiliyimizə qarşı gəlirlər, torpaqlarımızın ilhaqı ilə barışırlar. Çox təhlükəli bir dönəmə qədəm qoyuruq. Ona görə də iqtidar müxalifətlə milli məsələlərdə bir olmalı, imitasiya etməməli və islahatlarla ölkənin inkişafına töhfə verməlidir ki, xarici təhlükələrin qarşısı alınsın".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA