"İran Xəzərin hüquqi statusu haqqında Konvensiyanı gələn il imzalaya bilər" - Rusiya XİN

"İran Xəzərin hüquqi statusu haqqında Konvensiyanı gələn il imzalaya bilər" - Rusiya XİN

Rusiya İranın 2020-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyaya qoşulacağına ümidvardır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi elçisi İqor Bratçikov bildirib.

“2020-ci ilin fevralında İran parlamentinə seçkilər keçiriləcək. Bu məsələ ilə qanunverici orqanın yeni heyətinin məşğul olacağını güman edirik. Hazırda məsələ İran parlamentinin aparatında ekspertlər tərəfindən araşdırılır”, – deyən rusiyalı diplomat hazırda İranın Xəzərsahili ölkələr arasında adıçəkilən sənədə qoşulmayan yeganə ölkə olduğunu xatırladıb.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləyib. Bu barədə qanun layihəsi ölkə prezidenti Vladimir Putin tərəfindən təqdim edilmişdi.

Konvensiya 2018-ci ilin 12 avqust tarixində Aktau şəhərində imzalanıb./report/