"Çıraqqala" abidəsinin bərpasına 2 milyon ayrıldı

  • 2019-03-13 17:00:09
  • |
  • Ölkə /

"Çıraqqala" abidəsinin bərpasına 2 milyon ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev "Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Hurriyyet.org xəbər verir ki, sərəncamla Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA