"İslandiyaya layiqli cavab veriləcək, xalqımızın şübhəsi olmasın" - ÇAVUŞOĞLU

"İslandiyaya layiqli cavab veriləcək, xalqımızın şübhəsi olmasın" - ÇAVUŞOĞLU

“Futbol üzrə Türkiyə milli komandasının İslandiyanın Reykyavik şəhərindəki hava limanında məruz qaldığı davranış qəbuledilməzdir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

“Milli komandamızın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir. Millətimizin lazım olan addımları atacağımıza şübhəsi olmasın”, - XİN başçısı bildirib.

Futbol üzrə Türkiyə milli komandası iyunun 11-də “H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq. İyunun 9-da Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib.

Qeyd edək ki, İslandiyanın Türkiyədə səfirliyi fəaliyyət göstərmir. Bu ölkənin maraqlarını Finlandiyanın Ankaradakı səfirliyi, Türkiyənin İslandiyadakı maraqlarını isə Oslodakı səfirliyi müdafiə edir. Türkiyənin Xarici İşlər Nazirliyiuyğun etiraz notasını Finlandiyanın Ankaradakı səfirliyinə təqdim edib. Türkiyənin Oslodakı səfiri Fazlı Çormanölkəsinin narahatlığını və atılacaq addımı çatdırmaq üçün İslandiyaya gedib./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA