"İSRAİLDƏN 1 MİLYARD DOLLAR RÜŞVƏT İSTƏDİ" - ŞOK İDDİA

"İSRAİLDƏN 1 MİLYARD DOLLAR RÜŞVƏT İSTƏDİ" - ŞOK İDDİA

Hurriyyet.org xəbər verir ki, ABŞ-də dərc edilən “Vol Strit Cornəl” (Wall Street Journal – WSJ) qəzetində dərc edilən bir hesabatda, 1999-cu ildə Şimali Koreya İrana və İsrailə rəqib olan digər ölkələrə nüvə texnologiyası satmamaq üçün İsraildən rüşvət istədiyi iddia olunub. Qəzet bu məlumatı şimali koreyalı yüksək vəzifəli diplomatdan aldığını yazıb. Xəbərdə deyilir ki, 1999-cu ildə Pxenyandan olan diplomatlar israilli həmkarları ilə gizlik görüş keçiriblər. Xəbərdə İsrailin Şimali Koreyanın 1milyard dollar tələbinə rədd cavabı verdikləri, lakin Şimali Koreyaya ərzaq yardımı edə biləcəklərini söylədikləri bildirilir.

Qəzetin iddiasına görə, Şimali Koreya 1980-ci illərdən bəri İrana silah və ballistik raket texnologiyası satır və həmişə düşmənlərini nüvə silahı məlumatlarını dünyaya satmaqla təhdid edir.

Hurriyyet.org

Loading...

QALEREYA