"Kamil adamöldürən, xuliqan deyil" - Gülay Zeynallı

"Kamil adamöldürən, xuliqan deyil" - Gülay Zeynallı

Xəbər verdiyimiz kimi, idmançı Kamil Zeynallı polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparılıb.

İdmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı Axşam.az-a açıqlamasında məsələ ilə bağlı danışıb. O, Kamilin hazırda azadlıqda olduğunu deyib:

"Bayaqdan telefonum susmur. Hazırda tədbirdəyəm. Kamil isə qızımızla birlikdədir. Kamili niyə polis saxlasın ki? Kamil adamöldürən, adamdöyən, xuliqan deyil ki...".

Gülay ərinin hazırda azadlıqda olduğunu desə də, Kamilin telefonuna zəng çatmır.

Qeyd edək ki, xəbərdə Kamilin hazırda məhkəmədə olduğu bildirilib. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir. O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA