BƏRDƏDƏ POLİS JURNALİSTLƏRİ SAXLADI – Hurriyyet.tv-nin və “Kanal 13”-ün əməkdaşının çəkiliş aparmasına mane olunub… - YENİLƏNİB

BƏRDƏDƏ POLİS JURNALİSTLƏRİ SAXLADI – Hurriyyet.tv-nin və “Kanal 13”-ün əməkdaşının çəkiliş aparmasına mane olunub… - YENİLƏNİB

Tərtərdə hərbçilərə qarşı işgəncə faktı ilə bağlı bu gün Bərdə rayonunda aksiya keçirilib.

Hurriyyet.org xəbər verir ki, Hurriyyet.tv-nin əməkdaşı Vüsalə Nəciyeva və "Kanal 13" internet televiziyasının əməkdaşı Fərid İmran aksiyanı işıqlandıran zaman polis tərəfindən saxlanılıb.

Əməkdaşımızın Hurriyyet.org-a verdiyi məlumata görə, jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən, yəni sakinlərin aksiyasını çəkən zaman saxlanılıb.

Onlar post-patrul xidmətinin maşınında Bərdə rayon ərazisindən çıxarılaraq, Yevlax ərazisində sərbəst buraxılıblar.

Hurriyyet.org

P.S. Əlavə xəbər verəcəyik.