"Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm" - Dino Ndlovu

"Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm" - Dino Ndlovu

"Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi. Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim, komanda ilə tarix yazdım. Karyeramın unudulmaz anları idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda çoxlu yaxşı insan tanıdım".

Hurriyyet.org xəbər verir ki, bu sözləri "Qarabağ"dan “Xançjou Qrintaun”a transfer olunan Dino Ndlovu sosial şəbəkədə yazıb.

O, karyerasında ən çətin qərarlardan birini verdiyini bildirib: "Qanım "Qarabağ"ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm".

Qeyd edək ki, D.Ndlovu Çin təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Bu transfer üçün “Xançjou Qrintaun”ın 750 min avro ödədiyi bildirilir.

Loading...

QALEREYA