"Kəpəz" "Mançester Siti"nin sabiq futbolçusunu geri göndərdi

"Kəpəz" "Mançester Siti"nin sabiq futbolçusunu geri göndərdi

Gəncənin "Kəpəz" komandası baxışda olan İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Aleksi Nimelini geri göndərməyə qərar verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, tibbi müayinə zamanı 27 yaşlı hücumçunun zədəli olduğu aşkarlanıb. Dizaltı vətərində problem olduğu üzə çıxan liberiyalı futbolçunun yola salınmasına qərar verilib.

Əvəzində Gürcüstan çempionu "Samtredia"dan gələn Giuli Manjqaladze tibbi baxışdan uğurla keçdiyi üçün onunla müqavilə bağlanılacaq. Həmçinin, ukraynalı qapıçı Sergey Litovçenko birbaşa müqaviləyə gələcək.

Baş məşqçi bildirib ki, baxışda olan Qvanzav Maqomedov bəyənilməyib. Elşən Rzazadə yoxlama matçında sınaqdan keçiriləcək. "Xəzər Lənkəran"ın sabiq futbolçusu Dieqo Souzanın Bakıya gəlişi isə yanvarın 11-nə ertələnib. Hüseynov bunu Braziliyadan təyyarə reysinin təxirə salınması ilə əlaqələndirib.

Qeyd edək ki, "Kəpəz" qış fasiləsində Murad Səttarlı ("Zirə"), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Roman Hüseynov ("Qəbələ", icarə) və Tərlan Qasımzadəni ("Sabah") heyətinə cəlb edib.

Loading...

QALEREYA