"Konqresdə hökumətin müvəqqəti işə başlaması barədə razılıq əldə olunub" - TRAMP

"Konqresdə hökumətin müvəqqəti işə başlaması barədə razılıq əldə olunub" - TRAMP

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Konqresində demokratların liderləri ilə Meksika ilə sərhəddə divar ucaldılması üçün vəsait ayrılmasına dair danışıqların davam etdirildiyi müddətdə hökumətin müvəqqəti işə başlaması barədə konsensus əldə edilib.

Hurriyyet.org azərtac-a istinadən xəbər verir ki, Prezident Tramp Amerika xalqına rəsmən müraciət edib. O bildirib ki, şatdaunun dayandırılması üç həftəyə qədər davam edə bilər. Trampın sözlərinə görə, əgər bu müddətdə Konqresdə demokratlarla respublikaçılar arasında kompromis əldə edilməsə, hökumət departamentlərinin bir qismi yenidən bağlanacaq, hökumətin 8 min işçisi yenə məzuniyyətə getməli olacaq və ya məvacib almayacaq.

Hökumətin müvəqqəti işə başlaması barədə razılıq ABŞ-ın bəzi aeroportlarında aviadispetçerlərin çatışmaması səbəbindən reyslərin ciddi lənggilmələrindən sonra təcili danışıqlar nəticəsində əldə olunub. Aviadispetçerlər şatdaunla əlaqədar olaraq işə çıxmırlar.

Şatdaun ölkənin strateji əhəmiyyətli bir sıra başqa dövlət strukturlarına da mənfi təsir göstərib. Amerika KİV-ləri bildirirlər ki, ABŞ Vergi Xidmətinin müdiriyyətinin əmrinə baxmayaraq, bu həftə azı 14 min əməkdaş işə çıxmayıb. Dekabrın 22-də başlanmış şatdaun artıq 35-ci gündür ki davam edir. Bu, ABŞ tarixində ən uzunmüddətli hadisədir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA