"Kor ərəbin mahnısı" ilə məşhurlaşan balaca istedad filmə çəkilir - "Solğun çiçəklər"

"Kor ərəbin mahnısı" ilə məşhurlaşan balaca istedad filmə çəkilir - "Solğun çiçəklər"

Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının təmsilçisi, 9 yaşlı ifaçı Həsən Əliyev filmə çəkilib.

H.Əliyev Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın birgə layihəsi olan 8 seriyalı “Solğun çiçəklər” filminin çəkilişlərinə dəvət alıb. O filmdə Bəhram obrazının uşaqlığını canlandırır.

Bu, Həsən Əliyevin ilk uğuru deyil. Bundan əvvəl balaca istedad Hüseyn Cavidin xatirəsinə həsr olunmuş “Kor ərəbin mahnısı” layihəsindəki uğulu ifası ilə diqqət çəkmişdi.

Qeyd edək ki, Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da “Solğun çiçəklər” filmində çəkilir. A.Quliyeva filmdə baş rolllardan biri olan Sara obrazını canlandırır.

“Solğun çiçəklər” filmi Mədəniyyət Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsidir. Filmin rejissoru Xəyyam Abdullayevdir. \\Missiya.Az

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_55576622_1262714700569096_779403974288605184_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_56161634_2409885252390282_7039980563884670976_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_56427032_311406389570399_4549577282338947072_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_55575789_2238606823073152_7493125495085596672_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_56237583_2238205363058643_1823992908903088128_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_56213712_2219242801726796_5318514417032232960_n.jpg

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA