"Kreditlərlə bağlı çox güman ki, yumşaldıcı variantlar olacaq" - DEPUTAT

"Kreditlərlə bağlı çox güman ki, yumşaldıcı variantlar olacaq" - DEPUTAT

Əhalinin banklardan aldığı kreditlərlə bağlı vətəndaşların xeyrinə müəyyən addımların atılması nəzərdə tutulur.

Hurriyyet.org xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Hadı Rəcəblinin kredit məsələsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, hələlik yekun qərar olmasa da, bununla bağlı müzakirələr gedir:

“Ümumiyyətlə, vətəndaşların xeyrinə müəyyən addımların atılması nəzərdə tutulur. Çox güman ki, yumşaldıcı variantlar olacaq”.

Qeyd edək ki, Milli Məclisin deputatı Hadı Rəcəbli Qaynarinfo.az-a açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın 10 gün əhalinin banklardan aldığı kreditlər məsələsində güzəştlərlə bağlı müzakirə başlayacağını deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA