"Kreml ABŞ-la məxfi razılığa gəlir" - Rusiyalı politoloq

"Kreml ABŞ-la məxfi razılığa gəlir" - Rusiyalı politoloq

Rusiya özünün yeni raketlərini ölkənin Asiya hissəsi və Çin istiqamətində yerləşdirəcək.

Bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Exo Moskva” radiosunun saytında dərc olunan məqaləsində yer alıb.

“Putin son çıxışı zamanı Avropada ABŞ istehsalı raketlər yerləşdirməyənə qədər Rusiya burada öz raketlərini yerləşdirməyəcək. Bu isə o deməkdir ki, avropalılar, narahat olmayın, bu mesaj sizə deyil. Moskva gözəl bilir ki, ABŞ raketləri məhz cənub-şərqi Asiyada peyda olacaq. Amerikalılar məhz bunun üçün yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxır və bunu da gizlətmir. O zaman bizim hərbçilərimiz də bu raketləri Rusiyanın Asiya hissəsində yerləşdirəcək, siyasətçilərimiz isə deyəcək ki, bu, ABŞ-a qarşı cavabdır. İstisna etmirəm ki, Moskva məqsədli şəkildə bu razılaşmanı pozub, ABŞ isə sevərək bu provokasiyaya gedib. Əslində bu raketlər Çin ərazisindəki obyektlərə doğru yönələcək. Bunu açıq hərbi məntiq tələb edir və illərdir hərbi ekspertlər təklif edirlər. İndiyə qədər bizim rəhbərliyimiz bunu strateji tərəfdaşının xətrinə dəyməmək üçün birbaşa etməkdən utanıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, Moskva 30 ildir qəsdən bu razılaşmanı xəyanət sayır və buna qarşı fəaliyyət aparır. Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirləri nümunə kimi göstərən Piontkovski ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Moskvada buna bənzər fikirlər səsləndirdiyini bildirib. Piontkovskinin fikrincə, əslində bu razılaşma həm ABŞ, həm də Rusiya üçün Çin ucbatından sərfəli deyil:

“Bolton 2018, Putin isə 2007-ci il nitqində tamamilə haqlıdır. Çinin bu razılaşma əleyhinə raketləri 1000-dən çoxdur və onlar praktik olaraq bütün Rusiyanı nəzarətdə saxlaya bilərlər. Rusiya hərbçiləri çoxdan şərq istiqamətindən olan hərbi təhdidə görə narahatdırlar. Çin haqqında sonuncu dəfə fikri 2009-cu ildə Rusiya Quru Qoşunlarının Baş Qərargah rəisi Sergey Skokov deyib, amma sonradan o, istefaya göndərildi və Çinlə bağlı hər şey qadağan edildi”.

O, Çinin Uzaq Şərq və Sibirin iqtisadi işğalı prosesini apardığını və Rusiyanın artıq bu prosesin qarşısını almaq gücündə olmadığını deyib:

“Çin heç bir halda Sibirdə Putinin raketlərinin yerləşdirilməsinə izn verməyəcək. Çinin Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyaları kifayət qədərdir. Putinin Çinə qarşı “separatçı və təhqiramiz reaksiyası” yumşaq və ya sərt ola bilər. Yumşaq reaksiya çinlilərin Moskva ilə taktiki izahedici iş aparmaları olacaq. Sərt reaksiya çinlilərin Moskvadan heç bir izahat istəməyəcəyi ilə bağlı olacaq. Onlar sadəcə mənəvi yüksəliş perspektivlərinin (Sibir və Uzaq Şərqin Rusiyadan ayrılması prosesinin başladılması nəzərdə tutulur – red.) reallaşdırılmasını sadəcə sürətləndirəcəklər”. (Axar.az)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA