"KTMT-də qeyri-sağlam ab-hava yaranıb" - LUKAŞENKO

  • 2019-03-05 14:26:26
  • |
  • Region /

"KTMT-də qeyri-sağlam ab-hava yaranıb" - LUKAŞENKO

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında, o cümlədən bu quruma baş katib təyinatı ilə bağlı yaranmış qeyri-sağlam ab-havadan narahatlığını ifadə edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, dövlət başçısı inteqrasiya qurumlarında iştirak etmək və Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə həsr olunan müşavirədə sözügedən mövzuya toxunub.

O deyib: “Dünyada hərbi-siyasi cərəyanlar nəzərə alınsa, bu qurumun zəruriliyi şübhə doğurmur. Amma hazırda KTMT ətrafında qeyri-sağlam vəziyyət yaranıb. Elə, təkcə baş katibin təyinatı məsələsini xatırlayın”.

Belarus Prezidenti diqqətə çatdırıb ki, dünyadakı ümumi hərbi-siyasi cərəyanlar nəzərə alınsa, əsas səylər göstəriləcək ən mühüm istiqamət KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlıqdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA