"Liverpul"un müdafiəçisi millimizə qarşı oynamayacaq - CƏZAYA GÖRƏ

  • 2019-01-11 16:16:28
  • |
  • İdman /

"Liverpul"un müdafiəçisi millimizə qarşı oynamayacaq - CƏZAYA GÖRƏ

Xorvatiya yığmasının futbolçusu Deyan Lovren AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə ev oyununda iştirak edə bilməyəcək.

Hurriyyet.org xəbər verir ki, buna səbəb 30 yaşlı mərkəz müdafiəçisinin Avropa futbol qurumunun İntizam Komitəsi tərəfindən cəzalandırılmasıdır. İngiltərə "Liverpul"nun legioneri Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İspaniyanı 3:2 hesabı ilə məğlub etdikləri görüşün ardından sosial şəbəkədə rəqib oyunçuları təhqir edib. Bu səbəbdən, Lovren 1 matçlıq diskvalifikasiya edilib.

Xorvatiya Futbol İttifaqı isə İspaniya ilə qarşılaşmada azarkeşlərin meydana kənar əşyalar atması və tribunalar arasındakı pilləkənlərin tutulmasına görə 13 min avro cərimələnib.

/Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı martın 21-də keçiriləcək./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA