"Əliyev-Paşinyan görüşünə Tramp da qoşula bilər" - Tarasovdan İLGİNC İDDİA

"Əliyev-Paşinyan görüşünə Tramp da qoşula bilər" - Tarasovdan İLGİNC İDDİA

"Müəyyən bir mərhələdə Paşinyan rus hərbi qulluqçuların Ermənistanda nə işi var deyəcək. Bunların bir işi yoxdur, ona görə də Ermənistandan uzaqlaşmalıdırlar. Budur, bu vəd təkrarlanır, yəni Paşinyan erməni tarixində 19-cu əsrin əvvəllərində başlamış rus mərhələsini sona çatdırır. Biz bunu həyacanla izləyirik".

Hurriyyet.org ordu.az-a istinadən xəbər verir ki, bu barədə "Regnum" informasiya agentliyinin aparıcı köşə yazarı, siyasi analitik Stanislav Tarasov Davosda baş tutan ölkə rəhbərlərinin görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, yanvarın 22-də Paşinyan-Əliyev qeyri-rəsmi görüşü ilə bərabər Rusiyanın prezidenti Vladimir Putin Yaponiya Baş naziri Şinzo Abe ilə qeyri-rəsmi görüş keçirirək Kuril adalarının məsələsi ilə bağlı danışıqlar aparırdı və bu danışıqlar da 3 saat davam edib.

"Paşinyan özü yazdığı kimi Əliyevlə görüş 1,5 saat davam edib. Son günlərdə Parisdə Xarici İşlər nazirləri arasında keçirilən görüş isə 4 saat davam edib. Detalların müzakirə edilmədiyi iddia edilsə də, biz kifayət qədər böyük insanlarıq, gözəl başa düşürük ki, əgər danışıqlar üçün konkret fənn yoxdursa demək danışmağa bir şey yoxdur. Son zamanlar saatlarla davam edən görüşlər onu göstərir ki, konkret proyektlər ətrafında ciddi danışıqlar davam edir və bu danışıqlar masasındadır. Hazırda onlar üçüncü, dördüncü mərhələləri danışır və birinci mərhələ hələlik bağlıdır. Ermənistan politoloqları və ekspertləri romantikdirlər. Əgər onlar hesab edir ki, Qarabağsız heç bir qərar verilə bilməz, gördüyünüz kimi qərar verilə bilər. Hazırda fevral ayında Mnatsakanyan-Məmmədyarov arasında gözlənilən görüş barədə danışılır. Paşinyan və Əliyev görüşünün təşkili məsələləri müzakirə olunacaq. Niyə bu zirvə toplantısının birinci sualı harada müzakirə ediləcək. Biz bunun Moskva olacağına şübhə etmirik. Qərb də ola bilər, hətta buna Tramp və ya digər qərb rəhbərlər də qoşula bilər. Bu görüşdə Əliyev-Paşinyan zirvə görüşünün təşkil olunmasının yekun mərhələsi ola bilər. Azərbaycan bəyan edir ki, onun üçün torpaqların bir hissəsinin qaytarılması zəruridir. O bu barədə açıq-aydın deyir", - deyə Tarasov qeyd edib.

Rusiyalı ekspert açıqlamasında İran və Türkiyə ilə bağlı həddindən artıq böyük iddialar irəli sürərək, hətta İranda müharibə başlayacağını da söyləyib: "Lakin Ermənistanın nə etməyə hazırlaşdığı aydın deyil, erməni tərəfi susur. Ancaq erməni tərəfi Azərbaycan tərəfi ilə bu barədə danışmasaydı, Əliyev Paşinyanla müharibə dili və şərhçilər vasitəsilə danışardı. Lakin bu gün Əliyev təşəbbüskarlığı öz əlinə alıb və bu prosesi prioritet hesab edir. Azərbaycan ekspertlərinin fikrincə isə Əliyev Paşinyanı xilas edir. Böyük iqtisadi proyektlər təklif edir. Əliyev niyə tələsir? Axı İran tərəfi ilə gərginliklər başlayacaq. Əliyev Paşinyanı böyük iqtisadi layihələrə təklif etməklə xilas edir. İranda hansısa müharibənin başlamasında ilk zərərçəkən Ermənistan və Gürcüstan yox, məhz Azərbaycan olacaq. Çünki həmin vaxt Azərbaycan Qarabağla məşğul olmağa vaxt tapmayacaq. İndi isə sual yaranır. Ermənistan hara tələsir? Bununla yanaşı türk layihəsi inkişaf edir, Paşinyana müqavilə təklif ediləcək.

Bu günlərdə Çavuşoğlu tələbələrlə görüşü zamanı erməniləri təkrar xatırlayaraq, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan erməni-türk münasibətlərinin nizamlanması mümkün deyildir, deyə bildirib. Belə bir sual ortaya çıxır ki, əgər əvvəllər onlar erməni tərəfinin bəyanatlarına reaksiya verirdilərsə, indi qəflətən erməniləri xatırlamağa başlayırlar. Türkiyədə mart ayından etibarən erməni dilli kanal istifadəyə veriləcək. Türkiyə münasibətlər olmamasına baxmayaraq, öz vətəndaşlarına Ermənistana getmək və bu ölkəylə tanış olmağa dair çağırışlar edir. Yəni Bakı və İrəvan etimad tədbirlərinin həyata keçirilməsi haqqında düşündüyü bir vaxtda, Türkiyə konkret belə fəaliyyətlərə təşəbbüs göstərib. Sual yaranır, niyə? İyun ayında Paşinyan və Əliyev arasında Ermənistan tərəfinin kompromislər altında bir neçə rayonu qaytarmalı olduğuna dair müqavilə imzalanacaq. Bunun ardınca Türkiyə parlamenti erməni-türk protokollarına qayıdaraq, bunları təsdiq edəcək, diplomatik münasibətlər bərpa olunacaq, nizamlanma prosesində paket layihəsi və cənab Paşinyanın iradəsi həyata keçiriləcək".

Ekspertin fikrincə, Paşinyanın əks addımı yalnız Moskvanın gözlədiyi kimi məsələni uzatmağa təsəvvür yaratmalıdır.

"Çünki Paşinyanın Moskvanın diktəsi altında fəaliyyət göstərdiyi və hər şeydə Moskvanın günahkar olduğu təsəvvürü yaradılır. Bu isə həqiqətə uyğun deyil Bu çox ciddi məsələdir və Rusiya yorulmadan bunu izləyir. Rus hərbi bazası Ermənistandadır, ona görə ki potensial düşmən Türkiyədir. Müəyyən bir mərhələdə Paşinyan rus hərbi qulluqçuların Ermənistanda nə işi var deyəcək. Bunların bir işi yoxdur, ona görə də Ermənistandan uzaqlaşmalıdırlar. Budur, bu vəd təkrarlanır, yəni Paşinyan erməni tarixində 19-cu əsrin əvvəllərində başlamış rus mərhələsini sona çatdırır. Biz bunu həyacanla izləyirik", - deyə o əlavə edib.

Xatırladaq ki, Davosda baş tutan görüş Düşənbə və Sankt Peterburq görüşlərindən sonra münaqişə ölkələrinin rəhbərləri arasında üçüncü qeyri-rəsmi görüş idi. Rəsmi məlumatlara əsasən görüş zamanı tərəflər Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti və gələcək müzakirələr ətrafında fikir mübadiləsi aparıblar. Daha əvvəl isə yanvar ayının 16-da Parisdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun 3 həmsədrinin vasitəçiliyi ilə görüş keçirilib. Görüşün əsas rəsmi nəticəsi odur ki, tərəflər xalqların sülhə hazırlanması məsələsi ətrafında razılığa gəliblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"da birbaşa bağlantı zamanı İlham Əliyevlə görüşünün ayrıntılarına toxunub. Onun sözlərinə görə illik Davos iqtisadi forumun təşkilatçıları Ermənistan və Azərbaycan rəhbərlərinin Davosda olduğunu bildikdən sonra təmas qurmağa, görüş keçirməyə qarşı olmadıqlarını soruşaraq razılıq cavabı alıblar. Görüşün məzmunu haqqında danışarkən Paşinyan qeyd edib ki, danışıqlar prosesinin tarixini, yəni nə zaman nə baş verdiyini, necə baş verdiyini, hansı mərhələdə nə vəziyyət olduğu və s. müzakirə edilib. Həmçinin nizamlanma kontekstində hansı şərtlər, imkanlar və imkansızlıqlar olduğu müzakirə edilib. Onun sözlərinə görə, heç bir konkret detalı müzakirə etməyiblər. Sadəcə birbaşa ictimai şəkildə deyildiyi bütün fikirlər ətrafında fikir mübadiləsi aparılıb, hər hansı xəyanət yoxdur. Bundan əlavə dünən Paşinyan birbaşa yayımı zamanı Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyanın açıqlamasına cavab olaraq qeyd edib ki, daha yaxşı olardı ki, o, səsini kəssin.

"Aydındır ki, Paşinyan əsas suallardan yayındı və Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsi ətrafında yaranmış narahatlığı daha da dərinləşdirdi. Müzakirə gündəliyinin bununla məhdudlaşdığına inanmıram. Danışıqlar prosesində erməni mövqeyinin baş nazir tərəfindən dalana dirənməsi aydındır. Ardıcıl olaraq, bizim danışıqlar prosesində yaratdığımız keçmiş, möhkəm mövqeləri dağıdır. Əvəzinə isə heç bir əlavə yararlı və ermənipərəst mövqe sərgiləmir. Daha yaxşıdır ki, sussun", - deyə Aşotyan vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA