"Ölkədən çıxıb getmək istəyirəm" - Nadir Qafarzadə

"Ölkədən çıxıb getmək istəyirəm" - Nadir Qafarzadə

Həyat məni sıxır. Elə davranıram ki, oğullarım mənim üzümə qayıtmasınlar. Bəlli bir yaş var. Uşaqlarla o qədər ehtiyatla davranıram... Allah valideyni o gündən qorusun ki, övlad üzünə dayana. Dayandısa, get özünü as öldür.

Hurriyyet.org axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində deyib. Sənətçi İsveçrədə təhsil alan övladının onu sosial şəbəkədə təhqir edən şəxsə əsəbiləşməsindən söz açıb:

"Anası mənə dedi ki, İnstaqram başımıza oyun açacaq. Oğlum İsveçrədə oxuyan ərəfə idi. İnstaqram-da məni təhqir ediblər, deyib, təcili Bakıya gəlirəm, atamı təhqir ediblər. Dedim, ata hələ ölməyib, öz dərsini oxusun".

Nadir sosial şəbəkə istifadəçilərini tənqid edib:

"Zəmanə çox pisdir, insanlarda getdikcə pisləşir, pozğunlaşırlar. Sosial şəbəkə çox şeyi üzə çıxardı. Kaş "Facebook", "İnstagram" olmazdı, bəzilərini bu qədər tanımazdım. İnstaqram-da nələr baş verir... Biz kimə nəyi göstəririk? Bu ölkədən çıxıb getmək istəyirəm. Torpağımdan küsmürəm, insanların aqressiyasından inciyirəm. Nə paylaşırsan, yalandan deyirlər şəhidlərimizi paylaşın da... O gün bir paylaşım etdim şəhidlərlə bağlı, heç 10-15 bəyəni gəlmədi. Amma bir tərbiyəsiz video qoy, hamı "like" qoyacaq".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA