"Maduro Putindən yardım istəməyib" - PESKOV

"Maduro Putindən yardım istəməyib" - PESKOV

"Venesuelanın Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putindən ölkədəki siyasi böhranla bağlı yardım istəməyib”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında sonuncu telefon danışığı barədə açıqlamasında deyib.

"Vladimir Putin yaranmış vəziyyətin ölkə konstitusiyası çərçivəsində həll edilməsini məsləhət görüb. Xaricdən dağıdıcı müdaxilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”, - deyə Rusiya Prezidenti venesuelalı həmkarına bildirib.

Qeyd edək ki, yanvarın 23-də Venesuela parlamentinin sədri Xuan Quaido müvvəqəti Prezident elan olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA