"Maduronun mümkün təxliyəsi Kremldə müzakirə olunmayıb" - PESKOV

  • 2019-02-07 18:25:34
  • |

"Maduronun mümkün təxliyəsi Kremldə müzakirə olunmayıb" - PESKOV

Venesuela prezidenti Nikolas Maduronun dəstəklənməsi ilə bağlı Moskvanın mövqeyi dəyişməyib. Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bunu bu gün “Bloomberg”in Moskvada Maduronun ölkədə hakimiyyəti əlində saxlaya biləcəyindən şübhələrin yaranması barədə məlumatını şərh edərkən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, Kremlin mövqeyi heç cür dəyişməyib”, - deyərək, Peskov əlavə edib ki, Maduronun təxliyəsi və xilası mövzusu müzakirə olunmayıb və qaldırılmayıb.

Venesuela məsələsi ilə əlaqədar ABŞ-la əlaqələr haqqında danışan mətbuat katibi bildirib ki, Rusiyanın Amerika tərəfi ilə hər hansı fikir mübadiləsi yoxdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA