"Mançester Yunayted"lə 10 min dəfə də oynasaq, uduzmarıq" - PSJ-nin prezidenti

  • 2019-03-07 13:06:11
  • |
  • İdman /

"Mançester Yunayted"lə 10 min dəfə də oynasaq, uduzmarıq" - PSJ-nin prezidenti

Təbii ki, nəticəyə görə məyusam. İlk görüşdə yaxşı oynadıq. Bu oyunda isə 72 faiz topa sahib olduq. Ancaq əlavə vaxtda qapımıza penalti təyin edildi. Bunu başa düşmürəm.

Hurriyyet.org qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalının "Mançester Yunayted"lə cavab oyunundan (1:3) sonra "L'Équipe"ə açıqlamasında deyib.

Klub rəhbəri məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Paltardəyişmə otağında hamı çox üzgün idi. Bütün komanda şokdadır. Bu, futboldur, riyaziyyat deyil. Bundan sonra "Mançester Yunayted"lə 10 min dəfə də oynasaq, uduzmarıq. Futbolçulara irad bildirmədim. Onlar hamısı meydana qələbə üçün çıxmışdı".

Xatırladaq ki, səfərdə keçirilən ilk görüşdə 2:0 hesabı ilə qalib gələn PSJ, evdə 1:3 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA