"Məcburi köçkünlərin yataqxanası qəsdən yandırılıb" - KOMİTƏ SƏDRİ

"Məcburi köçkünlərin yataqxanası qəsdən yandırılıb" - KOMİTƏ SƏDRİ

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. O qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib: “Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Qeyd edək ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər. 6 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA