"Mehman Hüseynovu tanımıram" - DEPUTAT

"Mehman Hüseynovu tanımıram" - DEPUTAT

Xəbər verdiyimiz kimi, yanvarın 21-də həbsdə olan blogger Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Hurriyyet.org xəbər verir ki, bununla bağlı big.az deputat Araz Əlizadənin fikirlərini öyrənməyə çalışıb. Millət vəkili Mehman Hüseynovu tanımadığını bildirib:

"Cənab prezidentimiz alicənab, xeyirxahdır. O, hər zaman insanlara mərhəmət göstərir. Arzu edərdim ki, çoxları ondan nümunə götürsün. Mən Mehman Hüseynovu tanımıram. Məhz ona görə onun haqqında heç bir proqnoz verə bilmərəm".

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan bununla bağlı olaraq Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Bundan əlavə yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA