"Mənə qarşı dələduzluq edilməyib" - İqbal Ağazadə

  • 2019-02-18 15:02:02
  • |
  • Aktual /

"Mənə qarşı dələduzluq edilməyib" - İqbal Ağazadə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin İqbal Ağazadənin 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi deyilir.

Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı yenicag.az-a açıqlama verən İqbal Ağazadə iddianı əsassız adlandırıb.

“Ümid” sədri bildirib ki, ona qarşı dələduzluq edilməyib:

“Bu məsələ ilə bağlı bildirmişəm ki, mənim heç bir iddiam və şikayətim yoxdur. Mənə qarşı dələduzluq edilməyib”.

Qeyd edək ki, hakimlə telefon vasitəsi ilə əlaqə saxlayan “Ümid” sədri məhkəmə iclasının özünün iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə kömək olunmasını istəyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA