"Məni əməliyyat etmirlər" - XALQ ARTİSTİ - VİDEO

"Məni əməliyyat etmirlər" - XALQ ARTİSTİ - VİDEO

Hurriyyet.org bildirir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Yalçın Rzazadə maraqlı açıqlamalar verib.

Özünə belə vaxt tapa bilməyən Xalq artisti, səhhətində problemlərin olmasına baxmayaraq, bacardığı qədər işinin arxasınca getməyə çalışır:

“Düzü, çox yaxşı deyiləm. Mən bədbin ruhda danışmağı xoşlamıram. Əməliyyat olunmalıyam, ancaq hələlik etmirlər. Əməliyyat olunmaq üçün anesteziya olmalıdır, qan təzyiqi yüksəkdir, ürəyimdə problem var. Mən qabaq bütöv günü işləyirdim, ancaq indi işləyə bilmirəm. İşlərim çoxdur. Özümə vaxtım yoxdur”.

İdmanla məşğul olmaqdan imtina etdikdən sonra səhhətində problemlərin ortaya çıxdığını etiraf edən Yalçın Rzazadə, vaxtının olmamasını əsas səbəb olaraq göstərdi

“Hər bir peşəkar idmançı gərək ömrünün sonuna qədər idmanı davam etdirsin. İdmanla məşğul olursan, ürək, bədən bir ritmə uyğunlaşır. Ancaq nə zamansa idmanla məşğul olmaqdan imtina edəndə ürək öz fəaliyyətini itirir. Həmin dəqiqə kökəlmə başlayır. İdmanla məşğul olmağa vaxt olmur”.

Məşhurluğun müsbət və ürəkaçan yönlərinə toxunan sənətçi, hər zaman şəxsiyyətini qoruyub saxlamağa çalışdığını diqqətə çatdırdı:

“Adi bir universitetin pilləkənlərini qalxıb düşənədək, yaxud şəhərdə harasa çıxanda hamı şəkil çəkdirmək istəyir, avtoqraf istəyir. Sənət adamının xoşbəxt tərəfi odur ki, xalqın ona məhəbbəti böyükdür. Mənə deyəndə ki, siz şəxsiyyətsiz, o zaman başıma sanki böyük bir tac qoyurlar. Şəxsiyyəti qoruyub saxlamaq çox çətindir. Ona görə də, çalışıram ki, şəxsiyyətimlə hər zaman xalqımın gözündə olum”.

Xalq artisti bu gün onun mahnılarına müraciət edən müğənnilərin həmin ifaları oxumaqda çətinlik çəkdiyinə eyham vurdu:

“Məktəb oxumadan musiqi ilə məşğul olmaq çətindir. İnternetdən hazır mahnını götürüb oxumaq asandır, o başqa. Biri də var bəstəkarla not-not məşq edirsən. O mahnı sənin öz ürəyinin mahnısı olur. Adlarını çəkməyəcəm, məşhur müğənnilər var ki, zəng edirdilər mənə. Nəhayət, universitetdə görüşdük. Oxuduğum mahnıların bəzilərinin icazəsini aldılar. Sözlərinə filan düzəliş etdim. Sonra soruşdular ki, biz “Dədə Qorqud”a qulaq asanda deyirik ki, nə var onu oxumağa, ancaq oxumağa başlayanda görürük mümkün deyil”.

Bəzi müğənniləri, mahnıları yenidən səsləndirərkən sözlərini düzgün ifadə etməməkdə günahlandıran Ylçın Rzazadə onlar haqda da danışdı:

“Oxuyur ki, dağlara qar düşər, hələ mən “yan-aram, yan-aram”, yadıma yar düşər, həsrətdən “don-aram, don-aram”. Mən deyirəm ki, ay balam, sən kiminləsə danışanda deyirsən ki, “yan-aram”, yoxsa “yanaram?” Cavab verir ki, “yanaram”. Bəs, deyirəm, niyə “yan-aram” oxuyursan? Sonra oxuyurlar, gəl məni qurtar hicranın əlindən. Hicran ayrılıqdır. Gəl məni qurtar bu zülmün əlindən isə, misalçün, insanın dərisinin soyulması ola bilər. Belə şeylər çox olur”.

Loading...

QALEREYA