"Mətanət A" şirkətinin rəhbərinin evindən oğurluq edən qadın məhkəmədə həbs edildi

"Mətanət A" şirkətinin rəhbərinin evindən oğurluq edən qadın məhkəmədə həbs edildi

İşlədiyi evdən külli miqdarda oğurluq edən qadın hakim qarşısına çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə zərərçəkmiş şəxsin vəkili vəsatət qaldıraraq təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.

Vəkil Gülər Piriyeva barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib.

Növbəti məhkəmə iclası fevralın 22-nə təyin edilib.

Bildirək ki, ittiham aktında yazılır ki, G.Piriyeva Vüsalə Bəşirovanının evində xadiməçi kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məlumata görə, zərərçəkmiş V. Bəşirova “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirovun həyat yoldaşıdır./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA